PDF Oxu

Siyasət

  • 14

Prezident Sərəncam imzalayıb

Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev "Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarınınartırılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, qeyd olunan sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Prezident İlham Əliyevin sentyabrın 21-də imzaladığı digər Sərəncamı ilə sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları da sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Digər xəbərlər