Azərbaycan ilə Qazaxıstan dost ölkələrdir
İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub. Görüşdə dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdilər. Qeyd olundu ki, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin böyük perspektivləri vardır. Dövlət başçıları bir sıra sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək bildirdilər ki, Azərbaycan ilə Qazaxıstan dost ölkələrdir və hər iki ölkənin əməkdaşlığı gələcəkdə də faydalı olacaq.