PDF Oxu

Siyasət

  • 16

Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşüb
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.
Dövlətimizin başçısı Baş nazir Viktor Orbanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb, əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Baş nazir Viktor Orban Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparmaq üçün səfərin yaxşı imkan yaratdığını deyib və səfər zamanı səmərəli müzakirələr aparılacağına əminliyini ifadə edib.
Görüşdə AGRİ layihəsinin ölkələr arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından da əhəmiyyəti qeyd edilib, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Digər xəbərlər