PDF Oxu

Siyasət

  • 17

Türkiyə iqtidarı konstitusiya dəyişikliyinə nail olub

Türkiyə iqtidarı konstitusiya dəyişikliyinə nail olub
Sentyabrın 12-də Türkiyə Konstitusiyasında dəyişiklik edilməsi üçün ümummilli referendum keçirilmişdir. Ölkənin baş naziri Rəcib Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyət dairələrinin ümidini doğrultmuşdur. Ölkənin baş nazirinin hakimiyyət səlahiyyətlərinin genişləndirilməsinə Türkiyə seçicilərinin təxminən 60 faizi səs vermişdir.
Türkiyə hökuməti hələ 2010-cu ildən konstitusiyada dəyişiklik edərək, onu Avropa Birliyi standartlarına yaxınlışdarmaq cəhdi etmişdi. R.T.Ərdoğan kabinetinin əsas qanunu təkmilləşdirmək cəhdini başa düşmək mümkündür. Çünki Türkiyə Konstitusiyasında 1982-ci ildə hərbi çevrilişdən sonra, yeniləşməyə və təkmilləşməyə güclü ehtiyac duyuldu. AKP iqtidarının konstitusiya dəyişikliyi parlament səlahiyyətləri, vətəndaş hüququ, məhkəmə sistemi və ordu quruculuğu məsələlərini ön plana çəkmişdir. Bu təşəbbüs, bütövlükdə, Türkiyə müxalifəti tərəfindən ciddi etirazla qarşılanmışdır. Türkiyə parlamenti təklif edilən qanun layihəsini may ayında nəzərdən keçirməyə başlamışdı. O vaxt AKP mütləq əksər səs çoxluğu qazanmağa nail olmamışdı. O vaxt AKP-çilər 550 mümkün səsdən cəmi 336-sını qazanmışdı ki, bu da konstitusiyada dəyişiklik edilməsi üçün referendumun keçirilməsinə kifayət etməmişdi.
Referendum cari ilin 12 sentyabrına - ölkədə hərbi çevrilişin ənənəvi ildönümünə təsadüf etmişdir. Rəsmi nəticələr elan edilməsə də, Türkiyə MSK-sı səsvermənin ilkin nəticələrini elan etmişdir. Konstitusiyada dəyişiklik edilməsinə 57,88 faiz seçici, yəni 21,78 milyon seçici səsinə malik əhali, konstitusiyada dəyişiklik edilməsinin əleyhinə isə seçicilərin 42,12 faizi, yəni 15,85 milyon Türkiyə seçicisi səs vermişdir. Əhalinin 73,7 faizi, yəni 38 milyon referendumda iştirak etmişdir. R.T.Ərdoğan seçkinin nəticələrinə yekun vurarkən, bunun "demokratiya və ədalətin təntənəsi" kimi dəyərləndirmişdir. İstanbulda öz tərəfdarlarının yığıncağında R.T.Ərdoğan demişdir: "Vətəndaşlarımız Türkiyə demokratiyasına böyük inam nümayiş etdirmiş və öz səsləri ilə onun möhkəmləndirilməsinə maraq göstərdiklərini ifadə etdirmişlər." R.T.Ərdoğan hakimiyyəti bu addımı atmaqla Avropa Birliyinə qəbul edilmək məqsədinə doğru getdiyini etiraf etmişdir. ABŞ prezidenti Barak Obama Türkiyədə keçirilən referenduma rəğbətlə yanaşdığını bildirmişdir. Avropa Birliyi ölkələri isə Türkiyənin ədliyyə sisteminə tənqidi yanaşdıqlarını ifadə etmişlər. Avropa ictimaiyyəti belə hesab edirdi ki, Konstitusiyada edilən dəyişikliklərdən sonra hakimiyyət dairələri ölkənin məhkəmə sistemini öz nəzarətləri altında saxlayacaqlar.
Parlamentdə təmsil olunan deputatların əksəriyyəti belə hesab edir ki, edilən dəyişiklikdən sonra ölkənin ali məhkəmə instansiyası, faktik olaraq, R.T.Ərdoğan və onun AKP-çi komandasının təsiri altında olacaqdır. Xatırladırıq ki, 2008-ci ildə Türkiyənin dövlət prokuroru AKP-ni ölkədə kübar dövlət quruluşunu dağıtmağa cəhd etməkdə ittiham etmişdi. O vaxt Türkiyənin Konstitusiya Məhkəməsinin 11 hakiminin 6-sı dövlət prokurorunun AKP iqtidarını ləğv etmək iddiasını əsassız hesab etdikdən sonra R.T.Ərdoğan hökuməti sudan quru çıxmağa nail olmuşdu.
2010-cu ildə Fars körfəzi ölkələrinin Türkiyəyə qoyduqları investisiyaların məbləği 57 milyondan 91 milyona çatmışdır. Bununla belə Türkiyənin xarici investisiyalarının çoxu Avropa ölkələrindən daxil olmaqdadır. Bununla da, AKP ölkədə müəyyən uğur qazanmağa nail olmuşdur.

Digər xəbərlər