PDF Oxu

Siyasət

  • 14

Ölkəmiz Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir

Ölkəmiz Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul edib.
Xanım Vayra Vike-Freyberqa ölkəmizə səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü, paytaxtın gözəl və müasir bir şəhərə çevrildiyini dedi və bu münasibətlə dövlətimizin başçısını təbrik etdi. Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Bakı şəhərində, eləcə də Azərbaycanın bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini, müxtəlif sahələrə, o cümlədən turizmin inkişafına böyük həcmdə sərmayələrin qoyulduğunu bildirdi. Azərbaycanın ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı məsələlərinə böyük önəm verdiyini beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev vurğuladı. Xanım Vayra Vike-Freyberqa Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini dedi.

Digər xəbərlər