Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycana işgüzar səfərə gəlib
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün dünən Azərbaycana işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hava limanında Prezident Mixeil Saakaşvilini Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.