Rumıniya Prezidenti Trayan Besesku ölkəmizə işgüzar səfərə gəlib
Rumıniya Prezidenti Trayan Besesku Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün dünən Azərbaycana işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hava limanında Prezident Trayan Beseskunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.