PDF Oxu

Siyasət

  • 21

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib

Prezident İlham Əliyev Malayziyanın Ali Başçısı əlahəzrət Tuanku Mizan Zeynal Abidin İbni Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şaha təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Əlahəzrət, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına sülh və rifah diləyirəm."

* * *

Prezident İlham Əliyev həmçinin Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti Roza Otunbayevaya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Qırğızıstanın milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan təbrik edirəm. Əminəm ki, Azərbaycan-Qırğızıstan münasibətləri öz tarixi ənənələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."

Digər xəbərlər