Prezident Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur şəhərində keçirilən yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançıların və onların məşqçilərinin mükafatlandırılması barədə avqustun 30-da Sərəncam imzalamışdır. Sərəncama əsasən yeniyetmələrin I Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat məbləğində mükafat ayrılmışdır. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunmuşdur.