Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Hu Szintaoya məktub göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli cənab Sədr, Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram."