PDF Oxu

Siyasət

  • 4

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Mihay Gimpuya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Gimpu, Moldova Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram."

Digər xəbərlər