PDF Oxu

Siyasət

  • 17

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə milli bayram - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərmişdir. Məktubda deyilir: "Milli bayram - Müstəqillik Günü münasibətilə Sizi və dost Ukrayna xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sevindirici haldır ki, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın genişlənməsi və dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyinə, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir.
Hörmətli Viktor Fyodoroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına firavanlıq və tərəqqi diləyirəm".

Digər xəbərlər