Abdullah Gül Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül dünən onun üçün ayrılmış iqamətgahda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Prezident Abdullah Gül və şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayı münasibətilə təbriklərini çatdırıblar.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.