Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-İndoneziya münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."