Niderland Krallığı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat van Hoornu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə ölkəmizlə Niderland Krallığı arasında əlaqələrin həm ikitərəfli münasibətlər səviyyəsində, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.