President.az saytının I-Phone istifadəçiləri üçün xüsusi əlavəsi yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi President.az saytının I-Phone istifadəçiləri üçün xüsusi əlavəsi yaradılmışdır. "Apple Applications Store" saytında akkuntu olan hər kəs xüsusi əlavəni yükləyə və Prezidentin çıxışları, müsahibələri, dövlətimizin başçısının iştirakı ilə keçən tədbirlər barədə informasiyalar, habelə fotomateriallarla dərhal tanış ola bilərlər. Bunun üçün İSTİNAD MƏLUMATLARI üzrə bölməyə keçmək kifayətdir.
Azərbaycan Prezidenti Administrasiyasından AzərTAc-a bildirmişlər ki, əlavənin yaradılması ictimaiyyətlə əlaqələrə, o cümlədən kommunikasiyaların ən yeni formalarına diqqətin artırılması ilə bağlıdır. Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Prezidentinin saytı yenilənmiş, habelə "Youtube" saytında rəsmi kanal, eləcə də "Twitter" mikrobloqlar şəbəkəsində Azərbaycan Prezidentinin Azərbaycan və rus dillərində xüsusi akkuntu açılmışdır. Postsovet məkanında Azərbaycan Prezidentinin saytı bu cür əlavələri olan yeganə İnternet resursudur.