PDF Oxu

Siyasət

  • 9

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılsın, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat vəsait ayrılsın və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın birinci və ikinci bəndlərində nəzərdə tutulmuş vəsaitlərin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin. Ölkə Prezidenti həmçinin Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə Namiq Nəriman oğlu Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi barədə də Sərəncam imzalayıb.

Digər xəbərlər