PDF Oxu

Siyasət

  • 12

Prezident İlham Əliyev cənablarına təşəkkür məktubu

Prezident İlham Əliyev cənablarına təşəkkür məktubu

Hörmətli cənab Prezident! Öncə öz gərgin əməyinizlə və düşünülmüş strateji siyasətin həyata keçirilməsi ilə Azərbaycanın hərtərəfli sürətli inkişafını, xalqımızın sosial rifahını təmin etdiyiniz üçün Sizə öz dərin minnətdarlığımızı bildirir, bu müqəddəs missiyanızı şərəflə yerinə yetirdiyiniz üçün böyük təşəkkürümüzü çatdırmaq istəyirik. Ölkənin mədəni-ictimai inkişafı üçün həyata keçirdiyiniz səmərəli islahatlar və dövlət proqramları mətbuatdan da yan keçməyib. Bu sahənin inkişafı hər zaman Sizin diqqətinizdə olub və biz mütəmadi olaraq mətbuata dövlət qayğısını hiss etmişik. Sizin sərəncamınızla jurnalistlərin peşə bayramının bütün ölkədə geniş qeyd edilməsi mətbuata və jurnalistlərə diqqət və qayğınızın yüksək səviyyədə olduğunu göstərir.
Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə imzaladığınız sərəncamlarla Prezidentin Ehtiyat Fondundan mətbuata maliyyə yardımlarının ayrılması, milli mətbuatın inkişafında xidmətləri olan mətbuat işçilərinə fəxri adların və "Tərəqqi" medalının verilməsi, həmçinin, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsaitin ayrılması redaksiyamızda böyük sevinc və minnətdarlıq hissləri ilə qarşılandı. Çox sevinirik ki, dövlət tərəfindən maliyyə yardımı göstərilən media qurumları arasında "Səs" qəzetinin, "Tərəqqi" medalına layiq görülənlər arasında isə qəzetimizin baş redaktoru Bəhruz Quliyevin adı da var. Bunun üçün Sizə öz dərin minnətdarlığımız bildirir, bu qayğını təkcə bizə deyil, bütün Azərbaycan mətbuatının inkişafına verdiyiniz töhfələrdən daha biri hesab edirik.
Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət KİV-lərin inkişafı məsələlərinə bu qədər diqqət və həssaslıqla yanaşır. Biz tam dərk edirik ki, KİV əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Sərəncam dünyada analoqu olmayan addımdır. Bütün bunlar sizin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyiniz yüksək qiymətin göstəriciləridir. Cənab Prezident! Sizin ulu öndər Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı dövlət siyasətini və qoyduğu ənənələri layiqli şəkildə davam etdirməklə bütün xalqın rəğbətini qazanıbsınız. Biz də bir vətəndaş, bir jurnalist olaraq Azərbaycan xalqının və dövlətinin mənafeyi uğrunda apardığınız bütün işlərdə Sizə uğurlar arzulayırıq. Sizə bir daha medianın davamlı inkişafı naminə imzaladığınız Sərəncamlara görə, həmkarlarımız və kollektivimiz adından minnətdarlığımızı bildirir, dərin təşəkkür edirik. Çox sağ olun, cənab Prezident!

Böyük hörmətlə, "Səs" qəzetinin kollektivi adından baş redaktor Bəhruz Quliyev

Digər xəbərlər