PDF Oxu

Siyasət

  • 12

BMT Azərbaycanı regionun mühüm ölkəsi kimi qiymətləndirir

BMT Azərbaycanı regionun mühüm ölkəsi kimi qiymətləndirir
Prezident İlham Əliyev dünən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul edib. Supaçay Paniçpakdi BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə Bakıda təşkil etdikləri Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, təmsil etdiyi təşkilatın Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlığından məmnun olduğunu dedi. Regionun əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycanın bu regionda ən aparıcı ölkəyə çevrildiyini vurğulayan qonaq əldə olunan nailiyyətlərlə bağlı dövlətimizin başçısını təbrik etdi. Prezident İlham Əliyev Bakıda Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı bu tədbirdə maraqlı müzakirələrin aparılacağına və tədbirin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Digər xəbərlər