Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Belçikanın Kralı Əlahəzrət II Albertə bu ölkənin Milli bayramı münasibəti ilə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət, Milli bayramınız - Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Belçika münasibətləri, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Belçika xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."