Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında, "bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1056-ıııq nömrəli Qanununun tətbiq edilməsi haqqında və 2009-cu il oktyabrın 12-də Bakı Şəhərində imzalanmış "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu"nun təsdiq edilməsi barədə Sərəncamlar imzalayıb. Ölkə Prezidenti həmçinin Tələt Müseyib oğlu Əliyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması barədə, Eynulla Yadulla oğlu Mədətlinin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında və Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması barədə və Eynulla Yadulla oğlu Mədətlinin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da müvafiq Sərəncamlar imzalayıb.