PDF Oxu

Siyasət

  • 15

Portuqaliya Azərbaycanla Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində tərəfdaşlığı genişləndirir

Portuqaliya Azərbaycanla Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində tərəfdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Portuqaliyanın xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizlə bağlı səmərəli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bu səfərin Azərbaycan-Portuqaliya əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev Luis Amadonun ölkəmizə səfərinin eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Luis Amado Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq qeyd etdi ki, Portuqaliya Azərbaycana ikitərəfli münasibətlərdə, həm də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yaxşı tərəfdaş ola bilər.
Dövlətimizin başçısı Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Digər xəbərlər