Azərbaycan İsveç üçün önəmli ölkədir
Prezident İlham Əliyev dünən İsveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hans Qunnar Adeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycan ilə İsveç arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən danışıldı, ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.