PDF Oxu

Siyasət

  • 11

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev 2010-cu il aprelin 26-da Bakı Şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında birgə niyyət Bəyannaməsi"nin təsdiq edilməsi barədə, 1999-cu il noyabrın 22-də Lüksemburq şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Avropa Birliyi Statistika Bürosu arasında xarici ticarət üzrə statistika məlumatlarının mübadiləsinə dair saziş"in təsdiq edilməsi haqqında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə bağlı bəzi məsələlər haqqında, 2009-cu il noyabrın 13-DƏ Sofiya Şəhərində imzalanmış "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikası İqtisadiyyat, Energetika və Turizm Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu"nun təsdiq edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb. Ölkə Prezidenti bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş "tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında əsasnamə"yə əlavə edilməsi barədə, həmçinin "2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının referendum aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 972-ıııqd nömrəli Qanununun tətbiqi ilə əlaqədar azərbaycan respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamlarında dəyişikliklər edilməsi haqqında Sərəncam və Fərman imzalayıb.

Digər xəbərlər