Əziz həmvətənlər!
Hörmətli paytaxt sakinləri!
Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969- cu ildə ilk dəfə olaraq Azərbaycan Respublikasına rəhbərliyə gəlmiş və həmin dövrdən ömrünü Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr etmişdir. Müstəqil Azərbaycan Dövlətinin qurucusu, böyük öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlişinin ildönümü münasibətilə iyulun 14- də saat 21:00- da Milli Parkda, saat qülləsinin yanında, Ağ fəvvarənin qarşısında təntənəli bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Əziz bakılılar!
Bakı Şəhər İcra Hakimiyyəti bayramınızı təbrik edir, sizləri bayram konsertini və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.