PDF Oxu

Siyasət

  • 8

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Monteneqro Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında təşəkkül tapmış münasibətlər dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm."

Digər xəbərlər