Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti xanım Roza Otunbayevaya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə cansağlığı, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."