PDF Oxu

Siyasət

  • 6

İraqla ölkəmiz arasında münasibətlər genişlənir

İraqla ölkəmiz arasında münasibətlər genişlənir
Prezident İlham Əliyev dünən İraq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın etimadnaməsini qəbul edib. Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Söhbət zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlər və onların perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər