Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Polşa dövlətlərarası münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, çoxşaxəli dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində qarşılıqlı iş birliyimiz, strateji tərəfdaşlıq xarakteri almış əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram."