PDF Oxu

Siyasət

  • 8

Ölkəmizdə mədəniyyət sahəsininin inkişafı diqqət mərkəzindədir

Ölkəmizdə mədəniyyət sahəsininin inkişafı diqqət mərkəzindədir
Prezident İlham Əliyev dünən Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo başda olmaqla Avropa Yayımları Birliyi idarə heyətinin rəhbərliyini qəbul edib. Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının iştirakçılarının Bakıya səfəri zamanı Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olduqlarını qeyd edib, Bakının gözəlliyinin və paytaxtda aparılan yenidənqurma işlərinin onlarda böyük təəssürat yaratdığını vurğulayıb, şəhərimizin müxtəlif zəngin mədəniyyət ocaqları ilə tanış olduqlarını bildirib.
Dövlətimizin başçısı Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunaraq bu tədbirin müxtəlif ölkələrdən gələn nümayəndələrin Azərbaycanda əldə olunan nailiyyətlərlə yaxından tanış olması üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə böyük uğurlara nail olunduğunu qeyd edərək mədəniyyət sahəsinin inkişafına da xüsusi diqqət yetirildiyini vurğulayıb.
Görüşdə Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının keçirilməsinin televiziya və radio sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Digər xəbərlər