Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Macarıstan Respublikasının yeni seçilmiş Prezidenti Pal Şmittə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Şmitt, Macarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."