PDF Oxu

Siyasət

  • 21

İnkişafa və davamlı sabitliyə aparan yol

İnkişafa və davamlı sabitliyə aparan yol
Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamaqdadır. Bu, ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamçısı ölkə Prezidenti İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyətinin nəticəsində həyata keçirilir. Təsadüfi deyil ki, xarici ekspertlər ölkənin siyasi rəhbərliyi tərəfindən ictimai sabitliyin təmin edilməsini və milli iqtisadiyyatın formalaşdırılması sahəsində strateji addımların atılmasını ölkəmizin mövcud potensialının reallaşdırılması üçün "imkanlar pəncərəsi" kimi dəyərləndirirlər. Sözsüz ki, bu "pəncərə"nin yaratdığı imkanlardan maksimum və daha səmərəli istifadə edilməlidir.
Bu gün qazanılan nailiyyətlərin nəticəsində iqtisadiyyatımız 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş-altı il ərzində Azərbaycan çox böyük addım atmışdır. Sadalanan faktların özü onu deməyə əsas verir ki, cari il üçün bu, çox böyük nəticədir.
Sürətli sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayan ölkəmiz bu gün bir sıra beynəlxalq, qlobal layihələrin fəal iştirakçısıdır. Davamlı sosial-iqtisadi inkişafa, gələcək tərəqqiyə, xalqın əbədi firavanlığına hesablanmış ulu öndər Heydər Əliyev siyasi kursu bu gün öz həqiqiliyini və əbədiyaşarlığını işdə və əməldə sübut edir. Prezident İlham Əliyev tərəfindən həmin siyasi kursun uğurla davam etdirilməsi nəticəsində isə iqtisadiyyatımızın inkişafı getdikcə sürətlənir. Ölkənin büdcə imkanları ilbəil artır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu deyilənlər isə əməli işə, konkret rəqəmlərə söykənir. Belə ki, son 6 ildə ölkəmizdə davamlı inkişafın təminatçısı olan bir sıra mühüm dövlət proqramları qəbul olunub, iqtisadiyyata və sosial sahələrə əsaslı investisiya qoyuluşları davam etdirilib, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə çoxsaylı yeni iş yerləri yaradılıb, minimum və orta aylıq əməkhaqlarının, təqaüdlərin məbləği dəfələrlə artırılıb. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla reallaşdırılması nəticəsində ölkənin tarazlı, balanslaşdırılmış inkişafının təmin edilməsi istiqamətində konkret addımlar atılıb, bölgələrdə yeni infrastruktur obyektləri yaradılıb, yollar çəkilib, səhiyyə və tədris ocaqları, idman-sağlamlıq mərkəzləri inşa olunub.
Bütün bunlar ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi islahatlar konsepsiyası cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini əks etdirməyə daha əminlik yaradır. Bu konsepsiya ölkədə həyata keçirilən radikal iqtisadi islahatların başlıca istiqaməti kimi çıxış edir və Qərb standartlarına əsaslanan bazar mexanizmlərinin inkişafı ilə şərtlənir. Təbii ki, bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların sistemli və ardıcıl mahiyyətini ifadə edir.
Dövlət başçısının tapşırıqlarına görə, Azərbaycan hökuməti qarşıdakı illər ərzində yerlərdə kənd təsərrüfatının, qeyri-neft sənaye sahələrinin, o cümlədən, emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda yeni iş yerlərinin açılmasını təmin etməlidir. Fermer təsərrüfatlarının inkişafı, fermerlərə uzunmüddətli kreditlərin verilməsi kimi zəruri məsələlər də diqqətdən qaçırılmamışdır.
Digər vacib məqam ölkə iqtisadiyyatının neftdən asılılıq dərəcəsinin azaldılmasıdır. Bunun üçün, ilk növbədə, regionların istehsal potensialından düzgün yararlanmaq və qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. "Neft bizim üçün əsas məqsəd deyil, vasitədir" deyən Prezident İlham Əliyev "qara qızıl"dan qazanılan gəlirlərin ölkənin digər həyati əhəmiyyətli sahələrinin inkişafına yönəltməyi iqtisadi siyasətdə prioritet istiqamət sayır.
Ümumiyyətlə, bugünün reallıqları ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrinin həqiqətə söykəndiyini bir daha təsdiqləyir.

Digər xəbərlər