Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Litva Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Algirdas Brazauskasın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Litva xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm."