Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına maraq göstərirlər
Azərbaycan Prezidenti İlham Əliyev dünən Fransanın GDF SUEZ şirkətinin prezidenti və baş direktorunun müavini, AVROQAZ-ın prezidenti Jan-Fransua Sirellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Jan-Fransua Sirelli Azərbaycanda gördüyü inkişaf proseslərinin, ölkəmizdəki firavanlığın və sabitliyin onlarda çox böyük təəssürat yaratdığını bildirib. Təmsil etdiyi şirkətin Avropada fəaliyyətindən danışan qonaq Azərbaycan ilə qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Dövlətimizin başçısı GDF SUEZ şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev GDF SUEZ şirkətinin prezidenti və baş direktorunun müavini, AVROQAZ-ın prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızla bağlı məsələlərin səmərəli şəkildə müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.