Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Faiq Nüsrət oğlu Bağırovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə, Faiq Nüsrət oğlu Bağırovun Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsinə dair, Lətif Seyfəddin oğlu Qəndilovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmasına dair, Zakir Arif oğlu Həşimovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında və Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında, habelə Zakir Arif oğlu Həşimovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, Şahin Şakir oğlu Abdullayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə, Şahin Şakir oğlu Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsinə dair, habelə Tural Anar oğlu Rzayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi və Tural Anar oğlu Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinin verilməsi barədə Sərəncamlar imzalayıb.