Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Xorvatiya münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və rifah arzulayıram."
* * *
Prezident İlham Əliyev həmçinin Sloveniya Respublikasının Prezidenti Danilo Türkə də təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Milli bayramınız - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Sloveniya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına sülh və tərəqqi diləyirəm."