Avstriya ölkəmizlə əlaqələrə böyük önəm verir
Prezident İlham Əliyev dünən Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçin etimadnaməsini qəbul edib. Silvia Mayer-Kaybiç fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmişdir. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da genişləndirilməsinin zəruriliyi vurğulanıb. Səfir qeyd edib ki, ölkəsi ilə Azərbaycan arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı onun səfir kimi qarşısında duran ən əsas vəzifələrdəndir. Xanım Silvia Mayer-Kaybiç ölkəsinin Azərbaycanda səfirliyinin açılması üçün bütün lazımi tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.