PDF Oxu

Siyasət

  • 6

Azərbaycan BMT ilə səmərəli əməkdaşlığını genişləndirəcək

Azərbaycan BMT ilə səmərəli əməkdaşlığını genişləndirəcək
Azərbaycan Prezidenti İlham Əliyev dünən BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib. Dövlətimizin başçısı Fikrət Akçuranı BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmiş və ona işində uğurlar arzulamışdır. Azərbaycan ilə BMT arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib. Fikrət Akçura deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir və qardaş Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi vəzifəsinə təyin olunmasından qürur duyur. O, dövlətimizin başçısını əmin edib ki, BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcək. Fikrət Akçura BMT-nin baş katibi Pan Gi Munun məktubunu Prezident İlham Əliyevə çatdırıb.

Digər xəbərlər