Prezident Lüksemburqun Böyük Hersoqunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun milli bayramı münasibətilə Böyük Hersoq Əlahəzrət Anriyə təbrik məktubu göndərib. Məktubda deyilir: "Ölkənizin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və rifah diləyirəm".