PDF Oxu

Siyasət

  • 10

Sankt-Peterburqda Prezidentlərin növbəti görüşü keçirildi

Sankt-Peterburqda Prezidentlərin növbəti görüşü keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasında işgüzar səfərdə olub. Dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin "Pulkovo" hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşılayıblar.
Həmin gün Sankt-Peterburqda, "Konstantinovski" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Sankt-Peterburqda onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb.

Digər xəbərlər