Azərbaycan regional təhlükəsizlik və əməkdaşlıq sistemində mühüm rol oynayır
Milli Məclisin İnsan Hüquqları, həmçinin, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələrinin birgə keçirdiyi iclasda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi müzakirə olundu. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, parlamentdəki birinci oxunuş müzakirələri zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflərin əksəriyyəti nəzərə alınıb.
Qanun layihəsi hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyini nəzərə alaraq, konfidensiallığı əsas tutmaqla qadınlara qarşı ayrı-seçkiliyinin aradan qaldırılmasını, məişət zorakılığından zərərçəkən şəxslərin pozulmuş hüquqlarının bərpasını nəzərdə tutur. Qanun yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, doğma və ögey qardaşlar, bacılar, övladlığa götürülmüş və övladlığa götürmüş şəxslər), habelə, birgə yaşadığı hallarda digər qohumlara, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına və onlarla birgə yaşayan qohumlara, qəyyum və himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə, üzərində qəyyumluq və himayəçilik təyin edilmiş şəxslərə şamil ediləcək. Qanun layihəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətlərə müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən baxılacaq. Məişət zorakılığı ilə bağlı araşdırmanın aparılması üçün müvafiq qurumlara şikayət daxil olmalıdır. Şikayətlər qanun qəbul olunduqdan sonra hazırlanacaq təlimat əsasında araşdırılacaq. Qanuna əsasən dövlət məişət zorakılığından əziyyət çəkən vətəndaşlara yardımlar göstərəcək. Məişət zorakılığını törətmiş şəxslərin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Qanuna əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət tərəfindən mühafizə orderi veriləcək. Mühafizə orderləri iki cür olacaq. Birinci qısa müddətli mühafizə orderi müvafiq icra hakimiyyəti tərəfindən veriləcək. İkinci uzunmüddətli mühafizə orderinin verilməsi isə məhkəmə qərarı ilə həyata keçiriləcək. Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə bu hərəkətin təkrarən törədilməsini, zərərçəkmiş şəxslə təkrar ünsiyyəti, zərərçəkmiş şəxsə narahatlıq gətirən hərəkətlərin edilməsini qadağan edəcək. Mühafizə orderinin tələblərini icra etməyən şəxs inzibati məsuliyyətə cəlb olunacaq. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 günədək olan müddəti əhatə edəcək. Bununla bağlı məhkəmənin çıxardığı qərar 24 saat müddətində icra olunmalıdır. Uzunmüddətli mühafizə orderinin tələblərini icra etməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyacaqlar. Qanuna əsasən məişət zorakılığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumat bankı yaradılacaq. Qanun qüvvəyə mindikdən sonra ölkədə məişət zorakılığından zərər çəkmiş şəxslərə yardımın təşkil olunması üçün dövlət yardım mərkəzləri fəaliyyətə başlayacaq. Bu mərkəzlərin göstərdiyi xidmətlər ödənişsiz olacaq. Mərkəzlərdə zərər çəkmiş şəxslərə tibbi və hüquqi yardım göstəriləcək, onların işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə köməklik göstəriləcək. Mərkəzlərdə zərərçəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursları təşkil ediləcək. Zərərçəkmişlərin müdafiəsi üçün müvafiq sənədlərin hazırlanması və sosial müavinətlərin ayrılmasına kömək göstəriləcək. Yardım mərkəzləri zəruri hallarda zərərçəkənləri sığınacaqla təmin edəcəklər. Qanuna əsasən, zərərçəkənlər yardım mərkəzlərində 2 ay, yetkinlik yaşına çatmayan şəxslər isə 3 ay müddətinədək sığınacaqla təmin olunacaqlar. Yardım mərkəzləri dövlət orqanları ilə yanaşı, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları tərəfindən də yaradıla bilər. Bundan əlavə, fiziki şəxslər də öz mənzillərini xeyriyyəçilik əsasında yardım mərkəzi kimi istifadə edə bilərlər. Qeyri-dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanlarında akkreditasiyadan keçməlidirlər.
Müzakirələrdə çıxış edən millət vəkili Yevda Abramov təkmilləşmədən sonra qanun layihəsinin daha anlaşıqlı olduğunu bildirdi. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə qanunun qəbul olunmasının Azərbaycanda qadınların diskriminasiyaya məruz qalması kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan qadınları kişilər kimi bütün hüquqlardan istifadə edə bilirlər.
Komitənin iclasında iştirak edən millət vəkili Qənirə Paşayeva bu qanunun qəbul olunmasının Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Millət vəkili dedi ki, Azərbaycan məişət zorakılığı problemini görür və bu qanunu qəbul etməklə onun aradan qaldırılması niyyətini ortaya qoyuAzərbaycan Xəzər regionunda əməkdaşlıq üçün olduqca mühüm rola malik dövlətdir. Respublikamızın potensial imkanlarını düzgün dəyərləndirən tərəfdaş ölkələrlə əlaqələrimiz ildən-ilə inkişaf etməkdədir. Dünyanın iqtisadi cəhətdən inkişaf edən ölkələri ilə enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi uğurlu əməkdaşlığımıza əyani sübutdur. Digər tərəfdən, Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfələr də beynəlxalq miqyasda təqdir olunur.
Ölkəmizin yerləşdiyi region beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş imkanları özündə birləşdirir. Zəngin təbii ehtiyatları respublikamızı beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycanda tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına töhfələr verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası əməkdaşlıqda mühüm rol oynayır.
Azərbaycanın əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyi ölkələrdən biri Türkiyədir. Ölkələrimiz arasında mövcud çoxşaxəli əlaqələr bir sıra cəhətlərinə görə də seçilir. İki xalqın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması rəsmi Ankara ilə Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. Bütövlükdə, Avrasiya bölgəsinə böyük təsir imkanlarına malik Türkiyə ilə əməkdaşlıq sahəsində mühüm nəticələr əldə edilmişdir.
Xüsusilə, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın qardaş Türkiyə ilə də əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu öndər Heydər Əliyev ilk gündən bəyan etmişdi ki, tarixi köklərin, ənənələrin və mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin bu günlərdə Türkiyəyə işgüzar səfəri də məhsuldar oldu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi xüsusi vurğulandı. Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə etdi. Hadisə zamanı günahsız Türkiyə mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığı verdi, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bəyan etdi.
Prezident İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumu, Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satış və nəqlinə dair bəyannamə imzalandı.
Prezident İlham Əliyev İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında da çıxış etdi. 22 dövləti birləşdirən və böyük bir arealı əhatə edən bu təşkilat dünyada və bölgədə nüvə silahı olmayan məkanın yaradılmasına böyük əhəmiyyət verir. Təşkilatın yaradılmasına dair təklifi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev BMT-nin 47-ci sessiyasında irəli sürmüşdü. Bundan əvvəlki zirvə görüşləri 2002-ci və 2006-cı illərdə Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. Dövlət və hökumət başçılarının zirvə görüşü Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin ən ali orqanıdır. Dörd ildən bir keçirilən zirvə toplantılarında qurumun fəaliyyətinə yekun vurulur, gələcək planlar və qarşıda duran vəzifələr müəyyənləşdirilir, mövcud beynəlxalq münasibətlərə dair fikir mübadiləsi aparılır. Budəfəki zirvə görüşündə quruma sədrlik Qazaxıstandan Türkiyəyə keçdi, Vyetnam və İraq quruma daimi üzv qəbul edildilər. Qeyd edək ki, zirvə toplantısının yekun bəyannaməsində dövlətlərarası münasibətlərdə ərazi bütövlüyü və ölkələrin suverenliyinə hörmətlə yanaşılması bir daha təsdiq edilmişdir. Sənəddə göstərilir ki, separatizm sabitlik, təhlükəsizlik, müstəqillik, ərazi bütövlüyü və ölkələrin sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşı böyük təhlükə yaradır. Üzv ölkələr ərazilərin hər hansı separatçı hərəkat tərəfindən istifadə olunmamasını, separatizmlə hər hansı əlaqə qurulmamasını, onlara dəstək verilməməsini tələb etmişlər. Bəyannamədə problemlərin sülh yolu ilə həlli prinsipi çərçivəsində birbaşa və yaxud dolayı yolla təhdid və gücdən istifadənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, habelə, regional və beynəlxalq sülhə təhlükə olduğu da vurğulanmışdır.
Bəyannamədə daha sonra deyilir ki, Asiya ölkələrinin üz-üzə qaldıqları problemlər, regional və beynəlxalq məsələlər müzakirə olunmuş, Yaxın Şərq, İraq və Əfqanıstan kimi problemli bölgələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Təşkilat bir daha BMT Nizamnaməsi və prinsiplərinə sadiqliyini ifadə etməklə, beynəlxalq hüququn əhəmiyyəti və qlobal məsələlərə çoxtərəfli yanaşmanın zəruriliyini qeyd etmişdir.
Prezident İlham Əliyev zirvə toplantısı çərçivəsində İran Prezidenti Mahmud Əhmədinejad, Ukrayna Prezidenti Viktor Yanukoviç, Rusiyanın Baş naziri Vladimir Putin ilə görüşərək ölkələrimiz arasında siyasi, iqtisadi, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparmışdır.
Prezident İlham Əliyev zirvə görüşündəki çıxışında demişdir: "Azərbaycan regional əməkdaşlıq işində öz rolunu oynayır. Biz tam əminik ki, regional əməkdaşlıq, regionda proqnozlaşdırma və birgə fəaliyyət mövcud riskləri azaldacaq və xalqlarımız üçün proqnozlaşdırılan gələcəyi qurmaqda yardım edəcəkdir.
Asiyada təhlükəsizlik tədbirləri dünyadakı qlobal təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Təhlükəsizlik tədbirlərinə kompleks yanaşma olmadan biz uğur əldə edə bilməyəcəyik. Terrorçuluğa qarşı mübarizə dünyada bütün terrorçu təşkilatlara qarşı olmalıdır. Yaxşı, yaxud pis terrorçu olmur. Buna görə terrorçuluğa qarşı səylərin birləşdirilməsi uğurun əsas ilkin şərtidir. Eyni zamanda, regional əməkdaşlıq və iqtisadi artım regionumuzda təhlükəsizlik tədbirlərinə böyük töhfə verəcəkdir. Bu səbəbdən Azərbaycan regional əməkdaşlıq məsələlərində mühüm rol oynamağa çalışır".
Prezident İlham Əliyev İstanbulda yüksək səviyyədə keçirdiyi görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs etmiş, münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində işğalçı dövlətin rəhbərlərinin qeyri-konstruktiv mövqedən çıxış etdiklərini bir daha bəyan etmişdir. Azərbaycan jurnalistlərinə müsahibəsində Prezident İlham Əliyev münaqişə ilə bağlı mövqeyini belə ifadə etmişdir: "Bütövlükdə, prinsiplərə baxsaq, yeniləşmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkmiş bütün insanların öz doğma torpaqlarına qaytarılması məsələləri öz əksini tapır. Ermənistandan isə cavab yoxdur və hesab edirəm ki, həmsədr ölkələr bu məsələ ilə bağlı öz qəti fikrini bildirməlidirlər. Nə vaxta qədər Azərbaycan bu cavabı gözləməlidir?! Daha doğrusu, həmsədr ölkələrin özləri nə vaxta qədər bu cavabı gözləməlidirlər?! Çünki yenilənmiş Madrid prinsipləri bizim təklifimiz deyildir, bu, üç həmsədr ölkənin təklifidir. Yəni, ümid edirəm ki, bu ölkələr öz təkliflərinə hörmətlə yanaşacaqlar və son aylar ərzində danışıqlar prosesində pozuculuq fəaliyyəti aparan Ermənistana ciddi siqnallar getməlidir. Əgər biz hamımız danışıqların davam etdirilməsinə maraqlıyıqsa, onda hər hansı bir addımlar atılmalıdır. Əgər bu olmasa və Ermənistan tərəfindən vaxt uzatma taktikası davam edərsə, ya da rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan, təbii ki, bu danışıqlarda və ümumiyyətlə, bu prosesdə öz iştirakının perspektivi haqqında ciddi düşünməlidir. Biz bu barədə düşünürük. Biz müxtəlif variantları nəzərdən keçiririk və çalışacağıq ki, Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edək".
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfəri zamanı dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərdə Azərbaycanın münaqişə ilə bağlı tutduğu prinsipal mövqeyi bir daha diqqətə çatdırmışdır. Bu mövqe Cənubi Qafqaz regionunda iqtisadi, siyasi və hərbi üstünlüyü açıq-aşkar hiss olunan Azərbaycanın üzləşdiyi problemi istənilən yolla həll etməyə qadir olduğunu bir daha göstərmişdir.r.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuş üçün parlamentin növbədənkənar sessiyasının iyunun 18-də keçiriləcək plenar iclasına tövsiyə olundu.