PDF Oxu

Siyasət

  • 18

Avropa Parlamenti Azərbaycanla tərəfdaşlığını genişləndirir

Avropa Parlamenti Azərbaycanla tərəfdaşlığını genişləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib. Dövlətimizin başçısı hazırkı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib və ölkəmizin müvafiq strukturları ilə Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamentinin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması ilə bağlı qəbul etdiyi qətnamənin əhəmiyyətini qeyd edib. Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Provera Azərbaycan hökumətinin rəsmiləri və parlament üzvləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi və dialoqların artıq mütəmadi xarakter daşıdığını bildirib. O, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Digər xəbərlər