Prezident təbrik məktubları göndərib
Dünən Prezident İlham Əliyev Naoto Kanaya Yaponiyanın Baş naziri seçilməsi münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: "Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimiz, çoxşaxəli dostluq əlaqələrimiz, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
* * *
Prezident İlham Əliyev həmçinin dünən III Beniqno Akinoya Filippin Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: "Filippin Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Filippin arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".