Prezident İlham Əliyev milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev 2010-cu aprelin 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında saziş"in təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli fərmanı ilə təsdiq edilmiş "hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"na əlavə edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb. Ölkə Prezidenti həmçinin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında da Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan milli mətbuatının 135 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin, həmçinin bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.