PDF Oxu

Siyasət

  • 21

Prezident həqiqi hərbi xidmətə çağırış haqqında Fərman imzalayıb

Prezident həqiqi hərbi xidmətə çağırış haqqında Fərman imzalayıb
Prezident İlham Əliyev dünən Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Fərman imzalamışdır. Fərmanda qeyd edilir ki, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.
Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2010-cu ilin iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar. Bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır.

Digər xəbərlər