PDF Oxu

Siyasət

  • 13

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Barak Obama müdafiə naziri Robert Qeyts vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubun AzərTAc-a daxil olmuş mətnində bildirilir ki, ABŞ Prezidenti ölkələrimiz arasında tərəfdaşlığı dəyərləndirdiyini qeyd edib.
ABŞ-ın regional və beynəlxalq təhlükəsizliyə Azərbaycanın verdiyi mühüm töhfəni yüksək qiymətləndirdiyini vurğulayan Prezident Barak Obama ümidvar olduğunu bildirib ki, qarşıdan gələn aylar ərzində münasibətlərimizi genişləndirmək və dərinləşdirməyə qadir olacağıq. Məktubda Azərbaycan əsgərlərinin Əfqanıstanda nümunəvi xidmət göstərdiyi xüsusi qeyd olunur və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə təkrar təchizatın asanlaşdırılması məqsədilə ölkə ərazisindən transit yüklərin ötürülməsinə razılıq barədə qərarın Azərbaycanın təhlükəsizlik sahəsində qətiyyətli tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdiyi bildirilir. Enerji sahəsində "Cənub dəhlizi"nin inkişafında Azərbaycanın liderliyinə diqqət çəkən ABŞ Prezidenti vurğulayıb ki, bu, həmçinin regionun çiçəklənməsini gücləndirib və qlobal enerji təhlükəsizliyini möhkəmləndirib.
Barak Obama sonra qeyd edir ki, Azərbaycanın davamlı surətdə ATƏT-in Minsk qrupu prosesinə sadiq qalması və Ermənistan Prezidenti S.Sarkisyanla aparılan mühüm dialoq regional təhlükəsizliyə vacib töhfə verir. ABŞ Prezidenti qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik üçün zəruridir və bu nəticənin əldə edilməsinə dəstək Birləşmiş Ştatlar üçün prioritet olacaq. ABŞ-Azərbaycan münasibətlərində müəyyən məsələlərin də olduğunu etiraf edən Barak Obama əmin olduğunu bildirir ki, tərəflər onları həll edə bilər. Birləşmiş Ştatların Prezidentinin məktubu bu fikirlərlə bitir: Nazir R.Qeytsin bu səfəri və gələcəkdə yüksək səviyyəli səfərlər zamanı, biz regional təhlükəsizlik, demokratiya və çiçəklənmə naminə ikitərəfli dialoqu irəliyə doğru aparmaq və əməkdaşlığımızı daha da in

Digər xəbərlər