PDF Oxu

Siyasət

  • 11

Belarusla Azərbaycan iqtisadi tərəfdaşdırlar

Belarusla Azərbaycan iqtisadi tərəfdaşdırlar
Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko dünən onun üçün ayrılmış iqamətgahda ölkəmizin Baş naziri Artur Rasizadəni qəbul edib. Belarus dövlətinin başçısı Bakıda aparılmış danışıqlardan razı qaldığını bildirərək ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin yüksək səmərəsini qeyd edib. Tam gücü ilə işləyən müştərək müəssisələr, Belarus ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin ilbəil artması komissiyanın iclaslarında qəbul edilmiş qərarların həyata keçirilməsinə sübutdur. Baş nazir Artur Rasizadə iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulamış və əmin olduğunu bildirmişdir ki, Belarus Prezidentinin bu səfəri hər iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edəcək. Azərbaycan hökumətinin başçısı Azərbaycan alimlərinin Belarus iqtisadiyyatının uğurlarından bəhs edən əsərlərini Aleksandr Lukaşenkoya təqdim edib.

Digər xəbərlər