Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhmana başsağlığı vermişdir.
Məktubda deyilir: "Ölkənizin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldım. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Banqladeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"