Prezident Fərman imzalayıb
Prezident İldham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Fərman imzalayıb. Ölkə Prezidentinin Fərmanında deyilir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə təsdiq edilsin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.