Ölkəmiz Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvü Verner Qruberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.